Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 5 gün satış yarmarkaları keçiriləcək

Bakıda 5 gün satış yarmarkaları keçiriləcək

Date: 8 December 2015 16:27

Yeni il ərəfəsində Bakıda 5 gün ardıcıl kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Onun sözlərinə görə, yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhərində də keçiriləcək: "Yarmarkalar dekabrın 26-dan 31-dək davam edəcək. Satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunacaq. Böyük marağın olduğunu nəzərə alaraq, yarmarkalar Sumqayıtda da təşkil ediləcək".

Qurum rəsmisi satış yarmarkalarının keçiriləcəyi ünvanların ikisini (Xətai rayonu, "Bakı Kinoteatrı"nın yanı və Nərimanov rayonu, Keşlə bazarının yanı) açıqlayıb və qeyd edib ki, ərazilərin siyahısı yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq bir neçə ildir keçirlir. Yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.

Milli.Az


Tags:  Bakıda gün satış yarmarkaları keçiriləcək


RƏYLƏR


Top news