Tərtərdə inşa edilən uşaq bağçasında son tamamlama işləri görülür

Tərtərdə inşa edilən uşaq bağçasında son tamamlama işləri görülür
16:33 8 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa edilir.
AZƏRTAC xəbər verir ki, inşasına ötən ilin may ayında başlanan ikimərtəbəli binanın ümumi tikinti sahəsi 1200 kvadratmetrdir. Bağça binası musiqi zalı, tərbiyəçi-metodist, tibb, məşğələ, yataq otaqları, yeməkxana, mətbəx və sairdən ibarətdir.
Hazırda binanın tikintisində son tamamlama işləri aparılır. Tədris müəssisəsinin həyətində abadlıq işləri görüləcək, uşaqların açıq havada əylənməsi üçün oyun meydançaları yaradılacaq və müvafiq qurğular quraşdırılacaq.
Uşaq bağçası binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_insa_edilen_usaq_bagchasinda_son_tamamlama_isleri_gorulur-909353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR