“Günəşli” sahəsində yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub

“Günəşli” sahəsində yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub
16:33 8 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” sahəsində yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 8-də saat 16-da keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
O bildirib ki, baş vermiş hadisə ilə əlaqədar itkin düşmüş işçilərin axtarışı və yanğının yaratdığı fəsadların aradan qaldırılması üzrə işlər davam etdirilir. “Təəssüf hissi ilə qeyd etməliyəm ki, nə "Neft daşları"nda, nədəki “Günəşli” sahəsində itkin düşən işçilər hələ ki tapılmayıb. Yanğının söndürülməsi ilə əlaqədar işlər isə davam etdirilir. Əlavə bir neçə xarici mütəxəssis bu işlərə cəlb olunub. Hazırda onlar 10 nömrəli özüldədirlər və yerində araşdırmalar aparırlar”, - deyə baş mühəndis bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_sahesinde_yanginin_sondurulmesine_bir_neche_xarici_mutexessis_celb_olunub-909355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR