Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Göyçaylı gənclər Türkiyədə ölkəmizi uğurla təmsil ediblər

Göyçaylı gənclər Türkiyədə ölkəmizi uğurla təmsil ediblər

Azərbaycan gəncləri Polşada keçirilən seminarda iştirak ediblər (01 Mart 2017 13:32)

Tarix: 8 Dekabr 2015 16:38


Göyçay, 8 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin 6 üzvü Türkiyənin Karaman şəhərində keçirilən tədbirdə ölkəmizi təmsil edib.
AZƏRTAC xəbər verir ki, “Su həyatdır” layihəsi çərçivəsində Türkiyəyə səfər edən gənclər ölkəmiz haqqında müxtəlif mövzularda təqdimat ediblər. Onlar Azərbaycan mədəniyyətini tədbirdə iştirak edən 7 ölkənin gənclərinə tanıdıblar. Həmçinin əcnəbi gənclərə hər il Göyçayda keçirilən Nar bayramı haqqında ətraflı məlumat verilib.
Azərbaycanın mədəniyyət gecəsində iştirakçılara ölkəmizin tarixi, coğrafiyası, son illərdə qazandığı uğurlar, Qarabağ münaqişəsi barədə məlumat verilib, onlara milli yeməklərimiz, şirniyyatlar, Göyçay narı və nar şirələri, müxtəlif suvenirlər təqdim olunub.


Teqlər:  Göyçaylı gənclər Türkiyədə ölkəmizi uğurla təmsil ediblər



RƏYLƏR


Top xəbərlər