Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qazprom": "Türk axını" layihəsinin gələcəyini heç kim bilmir

"Qazprom": "Türk axını" layihəsinin gələcəyini heç kim bilmir

Date: 8 December 2015 16:39

 

 

"Hazırda heç kim "Türk axını" təbii qaz kəməri layihəsinin gələcəyi barədə suala cavab verə bilmir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın "Qazprom" Şirkətinin İdarə Heyətinin sədr müavini Valeri Qolubev bildirib.

 

"Ümid edirəm ki, ağıllı məntiq qalib gələcək. Türkiyə və Avropadan olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimiz normallaşacaq", - deyə "Qazprom" rəsmisi qeyd edib.

 

Qeyd edək ki, dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı Türkiyə və Rusiya arasında hökumətlərarası danışıqların dayandırıldığını söyləyib.


Tags:  Qazprom Türk axını layihəsinin gələcəyini heç kim bilmir

RƏYLƏR


Top news