Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir

​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir

AZAL Novruz bayramı müddətində yaz aksiyası barədə elan edir (16 Mart 2017 16:32)
Bakı-Berlin-Bakı aviareysi təxirə salınıb (13 Mart 2017 19:12)
İstirahət üçün Gürcüstanı seçənlərə ŞAD XƏBƏR (13 Mart 2017 18:44)

Tarix: 8 Dekabr 2015 16:42

Bakı. 8 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramları ilə əlaqədar olaraq Bakı-Dubay-Bakı (Əl-Məktum hava limanına) marşrutu ilə endirimli (low-cost) aviareyslərini bərpa edir.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a bildirib ki, Yeni il ərəfəsində ənənəvi olaraq turist axınının artacağını nəzərə alan şirkət ölkə vətəndaşları və xarici turistlərin uçuşlara tələbatının təmin edilməsi məqsədilə sözügedən istiqamətdə müntəzəm uçuşlar yerinə yetirəcək: “Yeni il qabağı dekabrın 26, 28, 29, 30-da və gələn ilin yanvarın 2-6-da gündəlik olaraq Bakıdan Dubay istiqamətində müntəzəm endirimli uçuşlar həyata keçiriləcək. Eyni zamanda, bu marşrutla həmin günlərdə əlavə reyslərin həyata keçirilməsi nəzərdə tutulub”.
"Bununla belə, qeyd olunan uçuşlara digər tarixlərdə və mövsümlərdə tələbatın yarandığı zaman, AZAL həmin reyslərin həyata keçirilməsinə daim hazırdır", - deyə şirkət rəsmisi qeyd edib.
Bu istiqamət üzrə "Embraer 190" təyyarəsi ilə yerinə yetiriləcək uçuşlara aviabiletin qiyməti sabit olaraq (bütün rüsumlar daxil olmaqla) bir tərəfə 99 avro təşkil edəcək.
Xatırladaq ki, AZAL Bakı-Dubay istiqamətində "loukost" uçuşlarını aşağı tələbat səbəbindən müvəqətti dayandırmışdır.

Teqlər:  AZAL Bakı-Dubay marşrutu endirimli reysləri bərpa edir



RƏYLƏR


Top xəbərlər