"Mən niyə bundan qorxum?"

"Mən niyə bundan qorxum?"
16:47 8 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni İlhamə Qasımova yaxın rəfiqəsi, rəqqasə Oksana Rəsulova ilə birlikdə çəkildiyi filmdən bəhs edib. 

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi ilk aktrisalıq işinin uğurlu alındığını bildirib:

"Film Oksananın yeni açdığı prodakşının tərkibində çəkildi. Rejissoru Samir Kərəmoğlu idi. İlk dəfədir ki, kamera qarşısına aktrisa kimi keçirdim. Çox fərqli bir ekran işidir.

Komediya yox, dramatik bir janrdadır. Burada üçüncü dərəcəli obrazda oldum. Rolumun öhdəsindən uğurla gəldiyimə inanıram. Amma tənqidlərə də açığam. Neçə illərdir filmlərdə çəkilən aktyorlar tənqid olunur. Mən niyə bundan qorxum? Həyatda yaşadıqlarıma yaxın hekayəni canlandırmışam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR