Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnter"də yeni prezident

"İnter"də yeni prezident

Date: 8 December 2015 16:47

Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həbs olunmasından sonra onun "İnter" klubu ilə əlaqələrinin tamam kəsildiyini söyləmək olar. 


Fanat.az xəbər verir ki, "bankirlər"in fəxri prezidenti bundan sonra azadlığa çıxmaq üçün mübarizə aparmalı olacaq.


Amma "İnter" sahibsiz qalmayacaq. Belə ki, Beynəlxalq Bank bakılılara 2016-cı ildə də sponsorluq edəcəyini rəsmən açıqlayıb. Əldə etdiyimiz məlumata görə, "bankirlər"ə yeni prezident də gələcək. Hələlik onun kimliyini öyrənə bilməsək də, bu təyinatın yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir. Komandanın hazırkı prezidenti Georgi Nikolov isə vəzifədən düşüb, vətəninə yollanacaq. 


Qeyd edək ki, Nikolov 2006-cı ildən "İnter"ə prezidentlik edirdi. O, bolqarıstanlı futbol funksioneri Cahangir Hacıyevlə olan münasibətlərinə görə prezidnet təyin edilmişdi.


Fanat.az


Tags:  İnterdə yeni prezident

RƏYLƏR


Top news