Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə İraqa yeni qoşunlar göndərməyəcək

Türkiyə İraqa yeni qoşunlar göndərməyəcək

Date: 8 December 2015 16:57

Ankara İraqa yeni hərbi hissələr göndərmək, eyni zamanda oradakı mövcud hərbi hissələri çıxartmaq niyyətində deyil.

Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.

Türkiyə Silahlı Qüvvələrinin tank batalyonu İraq hakimiyyəti ilə saziş çərçivəsində ölkənin Neynəva vilayətində dislokasiya edilib. Məqsəd İŞİD terror təşkilatının silahlıları ilə mübarizə aparmaq üçün kürd nizamlı silahlı dəstələrinə (peşmərgə) hazırlıq keçməkdir.

Qeyd edək ki, İraq hakimiyyəti daha əvvəl Türkiyə qoşunlarının ölkədən çıxarılmasını tələb etmişdi.

Milli.Az


Tags:  Türkiyə İraqa yeni qoşunlar göndərməyəcək


RƏYLƏR


Top news