Onun sözlərinə görə, hadisə zamanı güclü küləklə əlaqədar tikinti, təmir, montaj və digər bütün işlər həmin gün dayandırılmış vəziyyətdə olub: "Həmin gün əməkdaşlar iş sahəsində olmadıqlarına görə, ilk baş vermiş partlayış zamanı heç kəs xəsarət almayıb. İlk partlayış quyular olan ərazilərdə olmuşdu, əgər onlar iş vəziyyətində olsa idilər neftçilər ən ağır xəsarət ala bilərdilər".
Baş mühəndis bildirib ki, hadisədən sonra xəsarət alan neftçilərin yenidən bu sahədə işləyib-işləməməsi tam surətdə işçilərin öz səlahiyyətindədir. Balamirzə Ağarəhimovun sözlərinə görə, qaydalara görə, işlər küləyin surətindən asılı olaraq məhdudlaşır: "Biz o mexanizmə uyğun hərəkət edirik. O platforma layihə zamanı ən yüksək ballı küləklər üçün nəzərdə tutulub".