Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Almaniya 14 yunan aeroportunu icarəyə götürür

​Almaniya 14 yunan aeroportunu icarəyə götürür

Date: 8 December 2015 16:57

Bakı. 8 dekabr. REPORT. AZ/ Qarşıdakı 10 gündə Almaniyanın hava limanı operatoru olan "Fraport" şirkəti ilə Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fondu (HRADF) arasında saziş imzalanacaq. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə HRADF-ın rəhbəri Stergios Pitsiorlas deyib.
Məlumata görə, ümumi dəyəri 1,2 mlrd. avro olan anlaşmaya görə, "Fraport" Yunaıstanın 14 əyalət hava limanını icarəyə götürəcək və idarəetməsini təşkil edəcək.
O, həmçinin Çinin "COSCO" və Danimarkanın "A.P. Moeller Maersk" şirkətlərinin özəlləşdirməkdə maraqlı olduqları "Piraeus" limanının tenderinin dekabrın 21-dək təxirə salındığını deyib.
Qeyd edək ki, Yuanıstan hökuməti 2010-cu ildən "Beilaut" (Bailout) proqramına başlayıb ki, əsas şərtlərdən biri də özəlləşdirmədir. Şərtlərə görə, ümumilikdə özəlləşdirmədən Yunanıstan büdcəsinə 50 mlrd. avro daxil olmalıdır, amma hazırda bürokratik əngəllərə görə yalnız həmin məbləğin 3,5 mlrd. avroluq hissəsi əldə edilib.
S.Pitsiorlas həmçinin İtaliyanın "Snam" və Belçikanın "Fluxy" şirkətlərinin Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın səhmlərinin 17%-ni özəlləşdirmək üçün rəqabət apardıqlarını deyib.

Tags:  Almaniya 14 yunan aeroportunu icarəyə götürür

RƏYLƏR


Top news