Türkiyə vətəndaşları gələn ilin oktyabrından Aİ-yə vizasız gedə biləcəklər

Türkiyə vətəndaşları gələn ilin oktyabrından Aİ-yə vizasız gedə biləcəklər
16:58 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Türkiyə Avropaya inteqrasiya prosesini sürətləndirmək niyyətindədir. Bu barədə Baş nazir Əhməd Davudoğlu parlamentdə çıxışı zamanı bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlük məsələsinin Türkiyə üçün vacib olduğunu bildirən Baş nazir danışıqlar prosesinin sürətləndiriləcəyini deyib. Onun sözlərinə görə, hökumət Aİ-yə üzvlük üzrə milli planı reallaşdıracaq və 2016-cı ilin oktyabr ayından etibarən Türkiyə vətəndaşları Avropaya sərbəst gedə biləcəklər.
Bu yaxınlarda keçirilən Türkiyə-Aİ sammitində ciddi irəliləyişə nail olduğunu xatırladan Əhməd Davudoğlu, həmçinin ittifaqın Suriya qaçqınlarına yardım üçün ilk mərhələdə 3 milyard avro ayıracağını da diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_vetendaslari_gelen_ilin_oktyabrindan_AI_ye_vizasiz_gede_bilecekler-909367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR