Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Türkiyəyə qaz tədarükünü dayandıra bilməz

Rusiya Türkiyəyə qaz tədarükünü dayandıra bilməz

Date: 8 December 2015 17:03

Bakı. Rufiz Hafizoğlu - Trend:

Rusiya Türkiyəyə qaz tədarükünü dayandıra bilməz, çünki ölkələr arasında qaz tədarükü və alışı haqqında hökumətlərarası saziş mövcuddur.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Enerji bazarının tənzimlənməsi üzrə İdarənin (EPDK) sədr müavini Mehmet Ertürk deyib.

Onun sözlərinə görə, Rusiya qaz tədarükünü dayandırsa, Avropada nüfuzuna xələl gələcək, çünki Rusiya Avropa ölkələrinə də qaz satır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Rusiya Türkiyəyə qaz tədarükünü dayandıra bilməz

RƏYLƏR


Top news