Niderland şəhərlərindən birində qeyri-adi körpü

Niderland şəhərlərindən birində qeyri-adi körpü
17:03 8 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Niderlandın Pyurmerend şəhərində “Melkweg” (Qalaktika) adlanan qeyri-adi körpü salınıb.
AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, “NEXT architects” memarlıq şirkəti tərəfindən layihələndirilən körpü şəhərin tarixi mərkəzini yeni rayonla birləşdirir. Onun əsas elementlərindən biri hətta uzaqdan belə görünən və su üzərindən 12 metr hündürlükdə yerləşən böyük bir dəmir tağdır. Tağ həmçinin xarici turistləri cəlb edən baxış meydançası rolunu da oynayır. Burada körpünü velosipedlə keçmək üçün də xüsusi yol düzəldilib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Niderland_seherlerinden_birinde_qeyri_adi_korpu-909370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR