Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azəri Gənclər Alyansı sosial çarxın çəkib

Azəri Gənclər Alyansı sosial çarxın çəkib

Date: 8 December 2015 17:04

 

 Azəri Gənclər Alyansı sosial videoçarxın təqdimatını keçirib.

 

Alyansdan Lent.az-a verilən məlumata görə, “Həyatımızı yaşıl edək, qara yox!” adlı sosial videoçarxın təqdimatını keçirib. Təqdimat Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azəri Gənclər Alyansı İctimai Birliyinin həyata keçirdiyi “Gənclər yaşıl həyat naminə” mövzusunda layihə çərçivəsində baş tutub.  Sosial videoçarxın təqdimatında Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli iştirakçılara layihə boyunca görülən işlər, ağacəkmə mərasimi, elmi-ictimai seminarlar və maraqlı diskussiyalar haqqında ətraflı məlumat verib və gəncləri cəmiyyətin əsas novator qüvvəsi olaraq ətraf-mühitin qorunmasına biganə qalmamağa çağırıb.  

Sonra “Həyatımızı yaşıl edək, qara yox!” sosial videoçarx nümayiş etdirilib. Videoçarxa baxışdan sonra gənclər rejissor və layihə rəhbəri ilə maraqlı müzakirələr aparıb və bu tipli maarifləndirici çarxların sayının artırılmasının, eləcə də ictimaiyyətə sosial şəbəkələr vasitəsilə yayılmasının vacibiyini qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azəri Gənclər Alyansı İctimai Birliyinin həyata keçirdiyi “Gənclər yaşıl həyat naminə” layihə çərçivəsində noyabrın 5-7-də Sumqayıt şəhərində 50-dən çox fəal gənclər üçün elmi-maarifləndirici seminarlar baş tutub,  noyabrın 12-də Sumqayıt şəhərində və Abşeron rayonunda ağac əkmə aksiyası düzənlənib və sonda Bakı şəhərində sosial videoçarx hazırlanaraq ictimaiyyətə təqdim edilib.




Tags:  Azəri Gənclər Alyansı sosial çarxın çəkib

RƏYLƏR


Top news