Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İcra başçısı güllü fotosundan danışdı

İcra başçısı güllü fotosundan danışdı

Date: 8 December 2015 17:05

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dünən axşamdan etibarən sosial şəbəkələrdə yayılan və müxtəlif məzmunlu müzakirələrə səbəb olan fotosu barədə açıqlama verib.

Milli.Az-ın verdiyi xəbərə əsasən, lent.az-a danışan icra başçısı deyib ki, bəzi insanlar bu fotodan sui-istifadə etməyə çalışır.

"Məni istəyən-istəməyən, hamısı nə gəldi danışır. Həmin foto 2014-cü ilin may ayında çəkilib. Təhsil şöbəsinin hazırladığı kompozisiyadır və oradakılar da məktəbli uşaqlardır. Burada böyüdüləsi bir şey yoxdur", - deyə T.Kərimov bildirib.

Qeyd edək ki, məlum foto 2014-cü ilin may ayında Salyan rayonunun mərkəzində keçirilən Gül bayramı tədbirində çəkilib.  

Milli.Az


Tags:  İcra başçısı güllü fotosundan danışdı


RƏYLƏR


Top news