Azərbaycan və Ukraynanın opera sənətçiləri “Riqoletto” operasında birlikdə səhnəyə çıxacaqlar

Azərbaycan və Ukraynanın opera sənətçiləri “Riqoletto” operasında birlikdə səhnəyə çıxacaqlar
17:12 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək. 
"Report" xəbər verir ki, dekabrın 19-da təqdim olunacaq tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, onların Kiyevli həmkarları – Ukrayna Milli Operasının solistləri də iştirak edəcək.
Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya (Cilda) və əməkdar artistlər Dmitri Kuzmin (Hersoq), Dmitri Qrişin isə (Riqoletto) partiyalarını ifa edəcək.
Opera tamaşasında həmçinin Azərbaycanın xalq artisti Əli Əsgərov (Sparafuçille), əməkdar artistlər Əkrəm Poladov (Monterone) və Səbinə Əsədova (Maddalena) da əsas rollarda çıxış edəcək.
Qeyd edək ki, operanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycan-ve-ukraynanin-opera-senetcileri-riqoletto-operasinda-birlikde-sehneye-cixacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR