Azərbaycanda işçilərin siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir

Azərbaycanda işçilərin siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir
17:13 8 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bir sıra qurumların işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir.

Trend-in məlumatrına görə, bu barədə məsələ “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna, “Gömrük orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də əlavələrdə öz əksini tapıb.

Belə ki, daxili işlər, gömrük və prokurorluq orqanları işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadlarına görə qiymət verilməsi qadağan olunacaq. Eyni zamanda attestasiya zamanı həmin qurumların əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi də qadağan ediləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR