Şəki Prezident Kuboku uğrunda X çövkən milli oyununa ev sahibliyi edəcək

Şəki Prezident Kuboku uğrunda X çövkən milli oyununa ev sahibliyi edəcək
17:23 8 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan Şəkinin Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu yarışlar xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 16-dan 21-dək Atçılıq Mərkəzində Prezident Kuboku uğrunda X çövkən milli oyununun keçirilməsi nəzərdə tutulur. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 22 komandanın iştirakı gözlənilir.
Oyunların qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seki_Prezident_Kuboku_ugrunda_X_chovken_milli_oyununa_ev_sahibliyi_edecek-909382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR