Litva Respublikasının Prezidenti Dalya Qribauskayte

17:33 8 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycanın “Günəşli” neft yatağındakı platformada yanğın nəticəsində insanların həlak olması ilə bağlı xəbər məni çox kədərləndirdi.
Bütün Litva xalqının adından və şəxsən öz adımdan həlak olanların ailə üzvlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
İtkin düşənlərin sağ-salamat tapılmasını, xəsarət alanların tezliklə sağalmasını, dəhşətli qəzanın nəticələrinin tezliklə aradan qaldırılmasını arzu edirəm.
Hörmətlə,
Dalya Qribauskayte
Litva Respublikasının Prezidenti

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Litva_Respublikasinin_Prezidenti_Dalya_Qribauskayte-909388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR