Neftçilər platformadan niyə bir gün öncə çıxarılmayıb? - SƏBƏB

Neftçilər platformadan niyə bir gün öncə çıxarılmayıb? - SƏBƏB
17:37 8 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın zamanı Xəzər dənizinin ekologiyası üçün fəsad yaranmayıb.

Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın hadisəsi ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, orada yanğın olmasaydı, açıq fontan baş versəydi, o zaman ekologiya üçün fəsad ola bilərdi.

Hava şəraiti ilə əlaqədar olaraq hadisədən bir gün əvvəl edilən xəbərdarlığa əsasən, işçilərin platformadan çıxarılmamasına da münasibət bildirən baş mühəndis qeyd edib ki, hava şəraitindən, küləyin sürətindən asılı olaraq, işlərin məhdudlaşdırılması mexanizmi var: "Biz bu mexanizmə uyğun hərəkət edirik. Bu platforma layihə zamanı ən yüksək ballı - maksimum 12 ballı küləklər üçün nəzərdə tutulub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR