Rusiyanın "Qızıl maska-2016" Milli Teatr mükafatının qaliblərinin adları açıqlanıb

Rusiyanın "Qızıl maska-2016" Milli Teatr mükafatının qaliblərinin adları açıqlanıb
17:47 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiyanın ilk Milli Teatr Mükafatı olan "Qızıl maska-2016"-nın qaliblərinin adları vaxtından əvvəl açıqlanıb.
"Report" xəbər verir ki, qaliblərin adlarının vaxtından əvvəl açıqlanması haqda qərarı Rusiya Teatr Xadimləri İttifaqı verib. Qalibləri Rusiya Teatr Xadimləri İttifaqı müəyyənləşdirib.
"Teatr sənətinə verdiyi əvəzsiz töhvələrə görə" Moskva Akademik "Malıy" Teatrının bədii rəhbəri, SSRİ xalq artisti Yuri Solomin, Rusiyanın xalq rəssamı Boris Messerer, Rusiyanın xalq artisti, baletmeyster Boris Eyfman, Sankt-Peterburq Akademik "Malıy" Dram Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Lev Dodin, xalq artisti Klavdiya Kisenkova, Renat Tazetdinov, Rimma Belyakova yüksək mükafata layiq görülüblər.
Həmçinin beloruslu sənətkar, SSRİ xalq artisti Rostislav Yankovski bu mükafatın sahibi olub.
"Qızıl maska-2016" nın əsas mükafatlandırma mərasimi isə nominatsiyaların sayına uyğun olaraq 2016-cı il mart-aprel ayında təqdim ediləcək.
Mükafatlar laureatlara aprelin 16-da Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrın səhnəsində veriləcək.
Xatırladaq ki, "Qızıl maska" Rusiya Milli Teatr Mükafatı 1993-cü ildə təsis edilib.
Mükafat teatr sahəsində xidmətləri olan, görkəmli səhnə xadimlərinə təqdim edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/rusiyanin-qizil-maska-2016-milli-teatr-mukafatinin-qaliblerinin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR