Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib

Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib

Date: 8 December 2015 17:52

Bakı. 8 dekabr. REPORT.AZ/ Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında  (TTYX) əməliyyat olunan qadın dünyasını dəyişib. "Report"un məlumatına görə Goranboy rayon sakini 32 yaşlı Xeyrənisə Ələkbərova xəstəxananın Cərrahiyyə şöbəsində bu gün öd kisəsindən əməliyyat olunub. 
X.Ələkbərova əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və qəfildən halı dəyişən qadına tibbi yardım göstərilməsinə baxmayaraq o dünyasını dəyişib.
Qeyd edək ki, X.Ələkbərova üç uşaq anasıdır və onun həyat yoldaşı Qurban Ələkbərov ötən il xəstəlikdən dünyasını dəyişib.

Tags:  Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib

RƏYLƏR


Top news