“Nargis Fund”un nümayəndələri autizmdən əziyyət çəkən uşaqlara baş çəkiblər

“Nargis Fund”un nümayəndələri autizmdən əziyyət çəkən uşaqlara baş çəkiblər
17:53 8 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Əziz Məmmədov, AZƏRTAC
“Nargis Fund”un nümayəndələri bu xeyriyyə fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq əllər, isti ürək: Qış möcüzəsi” Yeni il marafonu çərçivəsində dekabrın 8-də Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyində olublar.
Tədbir çərçivəsində 50 autizmli uşaq üçün əsl sürpriz olan əyləncəli proqram təşkil edilib. Klounların təqdimatında “Mister White” kağız şousu xüsusilə yaddaqalan olub. Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli bildirib ki, “Nargis Fund” artıq üçüncü ildir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xeyriyyə kampaniyaları təşkil edir. Xəstə uşaqlara qulluq böyük diqqət və səbir tələb edir, çünki autizmdən əziyyət çəkən bəzi xəstələr son dərəcə fəal və hətta aqressivdirlər. Ç.Məmmədli deyib: “Autizmli uşaqlar və onların valideynləri diaqnozun düzgün qoyulmaması, ümumtəhsil və inklüziv təhsil müəssisələrinin belə uşaqları qəbul etmək istəməməsi, autizm sindromu barədə məlumatın az olması səbəbindən çox vaxt problemlərlə üzləşirlər. Belə tədbirlərin təşkil edilməsi isə autizmli uşaqların həyat keyfiyyətini, cəmiyyətə sosial adaptasiyasını və inteqrasiyasını dəyişdirə bilər”.
Tədbirin sonunda “Nargis Fund” adından autizmli uşaqlara qiymətli hədiyyələr paylanıb.
Qeyd edək ki, autizm baş beynin inkişafının pozulması nəticəsində yaranır. Bu pozğunluq sosial fəaliyyət və ünsiyyət qıtlığı, məhdud maraqlar və təkrarlanan hərəkətlərlə səciyyələnir. Bütün bu əlamətlər üç yaşınadək özünü büruzə verir.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nargis_Fundun_numayendeleri_autizmden_eziyyet_cheken_usaqlara_bas_chekibler-909400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR