Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Xarici ölkələrdən Azərbaycan neftçilərinə baş sağlığı məktubları gəlib

​Xarici ölkələrdən Azərbaycan neftçilərinə baş sağlığı məktubları gəlib

Date: 8 December 2015 17:57

Bakı. 8 dekabr. REPORT. AZ/ Dekabrın 4-də Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciə ilə əlaqədar bir çox yerli və beynəlxalq şirkətlərin rəhbərləri, həmçinin dövlət və hökumət nümayəndələri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) başsağlığı teleqramları göndərərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, xəsarət alanların tezliklə sağalmalarını arzuladıqlarını və hər cür yardım göstərməyə hazır olduqlarını bildiriblər.
"Report"un əldə etdiyi məlumata görə, SOCAR-a başsağlığı verənlər arasında İtaliyanın Azərbaycandakı səfiri Canpaulo Kutilyo, İndoneziya səfirliyi, Fransa səfirliyinin birinci müşaviri Fabyen Drout-Lozinski, BP şirkətinin prezidenti Robert Dadli, “Rosneft” şirkətinin prezidenti İqor Seçin, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller, Belçikanın "Fluxys" şirkətinin baş direktoru Valter Piraer, "GDF Suez E&P International SA"-nın birinci vitse-pezidenti Jan-Klod Perdiques, “Tekfen İnşaat”ın İdarə Heyətinin sədri Levent Kafqaslı və s. adı var.
Həmçinin, bunların arasında "Total-Apshero" şirkətinin baş meneceri Denis Lemarşal, “Statoil Apsheron”un meneceri Karsten Stoltenberq, "Ernst & Young" şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Əliyev, Almaniyanın "AM Engineering & Management GmbH." şirkətinin baş direktoru Elçin Əliyev, Avropa İttifaqının keçmiş səfiri Roland Kobia, Fransanın keçmiş səfiri Paskal Mone, görkəmli İtaliya arxitektoru Laura Perettinin adı yer alıb.

Tags:  Xarici ölkələrdən Azərbaycan neftçilərinə baş sağlığı məktubları gəlib

RƏYLƏR


Top news