"Bakcell" öz abunəçilərinə eyni qiymətə ikiqat mobil internet trafikini təklif edir

"Bakcell" öz abunəçilərinə eyni qiymətə ikiqat mobil internet trafikini təklif edir
17:58 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Yeni ildə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir: eyni qiymətə ikiqat həcmdə gündəlik mobil internet fürsəti.

Kampaniya çərçivəsində "Bakcell" şirkətinin abunəçiləri eyni qiymətə, yəni gündə 0.20 AZN ödəməklə əldə etdikləri 50MB internet trafikinə əlavə olaraq 50MB bonus almaq imkanına malik olacaqlar (50MB + 50MB). 50MB bonus gün ərzində, səhər saat 06:00-dan axşam saat 18:00-dək etibarlıdır.

Kampaniya davam etdiyi müddətdə 50MB Gündəlik Təkrarlanan İnternet Paketini aktivləşdirən bütün yeni abunəçilər də 50MB+50MB bonus internet trafikini əldə edə biləcəklər.

Gündəlik 50MB internet paketinin qiyməti dəyişməz olaraq qalacaq, lakin abunəçilər öz mobil telefonlarında musiqi yükləmək, onlayn video izləmək, şəkil yükləyib paylaşmaq və elektron məktublar göndərmək, ”Facebook”, “Whatsapp” və sevdikləri digər xidmətlərdən faydalanmaq üçün ikiqat həcmdə internet trafiki əldə edəcəklər.

Bakcell-in baş marketinq direktoru Mariya Toyçeva bildirib: “Bu yaxınlarda keçirdiyimiz “ikiqat trafik” kampaniyası olduqca uğurlu oldu. Abunəçilərimiz bizə çoxsaylı müraciətlər edərək belə kampaniyaların tez-tez keçirilməsini xahiş edirlər. Abunəçilərimizin xahişlərini nəzərə alaraq və onların Yeni ildə mobil internet xidmətlərinə artan tələbatlarını təmin etmək üçün biz onlara daha çox mobil internet trafiki əldə etmək imkanını təklif etmək qərarına gəldik. Ümid edirik ki, gündəlik 100MB (50MB+50MB) internet paketi müştərilərimizin bayram əhval-ruhiyyəsini artırmağa və sevinc hisslərini öz dostları və yaxınları ilə paylaşmasına öz töhfəsini verəcəkdir”.

Qeyd edək ki, Yeni il münasibətilə "Bakcell" şirkəti bu yaxınlarda abunəçilərə limitsiz şəbəkədaxili danışıq imkanı verən başqa bir kampaniyaya da start verib. Həmin kampaniya çərçivəsində "Bakcell" abunəçiləri gündəlik cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanı əldə edirlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2467005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR