“Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihə başlayıb

“Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihə başlayıb
17:59 8 Dekabr 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Binəqədi rayon ərazisində yerləşən təhsil müəssisələrində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidməti və Binəqədi rayonu İcra hakimiyyəti ilə birgə “Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihəyə başlanılıb.

Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd yerlərdə Azərbaycanın dövlət siyasətinin, milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsinin, tolerantlıq nümunələrinin düzgün şəkildə təbliğ edilməsidir.

Nəzərinizə çatdıraq ki, 7, 8 dekabr tarixlərində Binəqədi rayonu 115 saylı tam orta məktəbdə layihənin 2 mühazirə dərsləri artıq keçirilib.

1-ci mühazirə dərsi “Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusu əsasında Azərbaycanın Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, prof. Etibar Nəcəfov aparıb.

 

2-ci mühazirə dərsi “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət –din münasibətləri” mövzusu əsasında Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədrinin müavini Gündüz İsmayılov tərəfindən aparılıb.

Natiq çıxışında qeyd edib ki, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Məlumat üçün bildirək ki, 9 dekabr tarixdə “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində fəaliyyəti” mövzusunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu, 10 dekabr tarixdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda AMEA-nın müxbir üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Mövsün Nağısoylu mühazirə dərslərini aparacaqlar.

Layihənin bağlanış mərasimi 12 dekabr tarixində yekunlaşacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR