Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xaçmazda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş kikboksinq turniri keçirilib

Xaçmazda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş kikboksinq turniri keçirilib

Moskvada Azərbaycan-Rusiya əlaqələrinin 25 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib (21 Fevral 2017 18:12)
ÜNS Yaradıcılıq Səhnəsində Sevgililər Gününə həsr olunmuş konsert keçiriləcək (11 Fevral 2017 10:22)

Tarix: 8 Dekabr 2015 18:03


Bakı, 8 dekabr, AZƏRTAC 
Azərbaycan Kikboksinq Federasiyasının, “Xaçmaz” kikboksinq klubunun və Xaçmaz İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turniri keçirilib.
Yarış bu günlərdə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dünyasını dəyişən neftçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlanıb.
Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə 10-a yaxın klubun idmançıları öz qüvvələri sınayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə görə, “Ağsu” kikboksinq klubu birinci, “Qarabağ” ikinci, “Quba” klubu isə üçüncü yerə çıxıb.
Sonda qalib idmançılar mükafatlandırılıb.
 




Teqlər:  Xaçmazda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş kikboksinq turniri keçirilib



RƏYLƏR


Top xəbərlər