Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

XİN təmsilçisi: "Rusiya görüş xatrinə görüş keçirmək istəmir"

XİN təmsilçisi: "Rusiya görüş xatrinə görüş keçirmək istəmir"

Date: 8 December 2015 18:07

Bakı. 8 dekabr. REPORT.AZ/ "Moskva Suriya böhranı ilə bağlı görüşün keçirilməsinin hələ tez olduğunu düşünür".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazriliyinin sözçüsü Mariya Zaxarova bildirib.
 O qeyd edib ki, son günlər bəzi KİV-lərdə Rusiyanın Suriya məsələsində mövqeyinin dəyişməsi haqda məlumatlar yayılıb: "Lakin bizim bu məsələyə münasibətimiz prinsipial xaratkter daşıyır. Biz bu mövqeyimizi dəyişməmişik və dəyişmək niyyətində də deyilik. Biz Vyanada "Suriyanı dəstəkləyən beynəlxalq qrup" formatında görüşün keçirilməsində israr edirik. Bu formatı dəstəkləyir, onu optimal və perspektivli sayırıq".
XİN rəsmisinin sözlərinə görə, Rusiya görüş xatirinə görüş keçirmək istəmir.
Məlumata görə, Suriya məsələsi üzrə görüşün dekabrın 18-də Nyu-Yorkda keçirilməsi təklif edilib.
Qeyd edək ki, Vyanada indiyə kimi iki görüş keçirilib. Həmin görüşdə ABŞ, Britaniya, Fransa, Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Rusiyanın xarici işlər nazirləri və Avroopa İttifaqının təmsilçisi iştirak edib.
Xatırladaq ki, 2016-cı il yanvarın ortalarında Romada terrorçu İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya təmsilçilərinin görüşü keçiriləcək.
Bu terrorçu qruplaşmaya qarşı mübarizə koalisiyasına ABŞ, Türkiyə ilə birlikdə 65 ölkə daxildir. Beynəlxalq koalisiya Bəşşar Əsəd hakimiyyətini tanımır. Onlar Suriyadakı mötədil müxalifəti qəbul edirlər. Rusiya və İran isə bu koalisiyaya daxil deyil.

Tags:  XİN təmsilçisi Rusiya görüş xatrinə görüş keçirmək istəmir

RƏYLƏR


Top news