Radiasiya Problemləri İnstitutunda “Horizon-2020” proqramı üzrə seminar

Radiasiya Problemləri İnstitutunda “Horizon-2020” proqramı üzrə seminar
18:08 8 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Avropa İttifaqının “Horizon-2020” proqramı üzrə məlumatlandırma seminarı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə istitutun direktoru, professor Oqtay Səmədov əməkdaşları proqram üzrə elan olunan layihələrdə fəal iştirak etməyə çağırıb.
Sonra “Horizon-2020” proqramının təhlükəsiz enerji və enerji effektivliyi üzrə əlaqələndiricisi, AMEA-nın müxbir üzvü İslam Mustafayev layihə barədə məlumat verib.
Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Elxan Səbziyev proqramların tərtibatı, tərəfdaşların cəlb edilməsi, elan olunmuş istiqamətlər üzrə layihələrin təqdimatı qaydalarından danışıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Radiasiya_Problemleri_Institutunda_Horizon_2020_proqrami_uzre_seminar-909409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR