“Bölgələrdən paytaxta” layihəsinin sonuncu təqdimatı Gəncəyə həsr olunacaq

“Bölgələrdən paytaxta” layihəsinin sonuncu təqdimatı Gəncəyə həsr olunacaq
18:08 8 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin paytaxt sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, turizmi, adət-ənənələri ilə tanış edən “Bölgələrdən paytaxta” layihəsinin sonuncu təqdimatı Gəncəyə həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, təqdimat Bakı və Gəncə şəhərlərinin mədəniyyət və turizm idarələrinin təşkilatçılığı ilə dekabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.
Qeyd edək ki, “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatalaya həsr edilmiş tədbirlər keçirilib. Layihəyə əsasən Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənir, bölgənin turizm imkanları təbliğ olunur, incəsənət ustalarının konserti təşkil edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolgelerden_paytaxta_layihesinin_sonuncu_teqdimati_Genceye_hesr_olunacaq-909408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR