Səmra Rəhimli "Səs Azərbaycan" səhnəsini "alovlandırdı"! - VİDEO

Səmra Rəhimli "Səs Azərbaycan" səhnəsini "alovlandırdı"! - VİDEO
18:17 8 Dekabr 2015
230 Digər
Ölkə mətbuatı
A- A+

Ölkənin əsas musiqi layihəsi olan "Səs Azərbaycan" tamaşaçı ordusunu genişləndirməyə davam edir. Hər cümə günü efirə gedən veriliş reytinq sıralamasında birinci olmaqla yanaşı, sosial şəbəkələrdə də ən çox müzakirə olunan layihədir.

Görmədən dinləmələr mərhələsinin 4-cü efir günündə isə tamaşaçıların diqqəti əsas bir nəfərə yönəlmişdi - Türkiyədə yayımlanan "O Səs Türkiyə" yarışmasının keçmiş iştirakçısı Səmra Rəhimli. Səhnədə Mayli Sayrusun "Wrecking Ball" mahnısını ifa edən Səmra mükəmməl səsi ilə hər 4 münsifi heyran edərək özünə tərəf döndərməyi bacardı. Yekunda Səmra Manananın komandasını seçdi və bu komandanın ən güclülərindən biri oldu.

Səmranın çıxışı ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələr hələ də səngimək bilmir. Bəziləri iddia edir ki, bu layihənin ən yaxşı çıxışı idi. Bəziləri isə düşünür ki, Səmra özünü bundan da yaxşı göstərmək gücündədir. Bir məqamı da qeyd edək ki, Səmranın mahnısı hətta YouTube-da xeyli sayda izləyici marağına səbəb olub. Hələliksə, bizə "Döyüş" mərhələsini gözləmək qalır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR