Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Afina gecələri" tamaşasının premyerası olacaq

"Afina gecələri" tamaşasının premyerası olacaq

Date: 8 December 2015 18:17

Bakı. 8 dekabr. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Pyotr Qladilinin pyesi əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası olacaq.
Teatrdan "Report"a verilən məlumata görə, tamaşa 2016-cı il yanvarın 17-də nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir. Geyim üzrə rəssam Olqa Abbasovadır.
Tamaşada əsas rolları, Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.

Tags:  Afina gecələri tamaşasının premyerası olacaq

RƏYLƏR


Top news