F-1-in Bakı mərhələsinin biletləri satışa çıxarılır

F-1-in Bakı mərhələsinin biletləri satışa çıxarılır
18:21 8 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

2016-cı ildə Formula-1 Avropa Qran Prisinin biletləri dekabr ayının 19-da satışa çıxarılacaq.

ANS PRESS-in məlumatına görə, onlayn bilet satışının başlanğıcı eyni zamanda “Son 6 ay” tədbirinin keçirilməsi ilə üst-üstə düşəcək.

"Bakı Şəhər Halqası" dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq 2016 Formula-1 Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq. Bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.

Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə keçiriləcək Formula-1 Avropa Qran Prisinə 6 ay qalmış əldə etmək mümkün olacaq.

“Son 6 ay” bayram tədbirləri Dənizkənarı Milli Parkın ərazisində canlı musiqi və atəşfəşanlıqla müşaiyət olunacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR