Sabah qaz olmayacaq - SİYAHI

Sabah qaz olmayacaq - SİYAHI
18:27 8 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron, Hacıqabul və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 9-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Türkan-1", "Türkan-2", "Novxanı" və "Mərdəkan bağları", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Muğan", Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqbul rayonunun Muğan və Udulu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan qəsəbəsi və Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR