"Qarabağ"la oyunda hədəfimiz yalnız qələbədir"

"Qarabağ"la oyunda hədəfimiz yalnız qələbədir"
18:37 8 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"Anderlext"in prezidenti Rocer Vanden Stok Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb.


Qol.Az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, Stok Ağdam təmsilçisi ilə görüşdə yeganə hədəflərinin qələbə olduğunu bildirib:


"Qarabağ"la oyunda yalnız bir hədəfimiz var ki, o da qələbədir. Anlayıram ki, "Anderlext" hazırda mükəmməl oynamır. Ancaq vəziyyət daha da pis ola bilərdi. Kubok matçında "Kortriyk"ə uduzduq. Lakin "Genk"lə matçda sərgilədiyimiz oyun "Qarabağ"la görüş üçün bizi ümidləndirir".


Qeyd edək ki, dekabrın 10-da Brüsseldə keçiriləcək "Anderlext" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotla-oyunda-hdfimiz-yalnz-qlbdirquot-t46011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR