Bakı NEZ-də emal gücünü artırmaq üçün yeni qurğu tikiləcək

Bakı NEZ-də emal gücünü artırmaq üçün yeni qurğu tikiləcək
18:38 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda “Avro 5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik riforminq qurğularının, ümumiyyətlə, zavod təsərrüfatının rekonstruksiya edilməsi, eləcə də bir neçə yeni qurğunun inşası planlaşdırılır.

Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusunun istismara veriləcəyi proqnozlaşdırılır. Bu tədbir keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunun mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, eyni zamanda yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.

Artıq yeni bitum istehsalı qurğusunun inşası üçün H.Əliyev adına NEZ-in ərazisində - tikintisi yarımçıq saxlanılmış “kükürd qurğusu”nun ərazisində müvafiq yer ayrılıb. Ərazidə olan tikililər sökülüb, metal qırıntıları daşınıb çıxarılıb. Çoxsaylı kran, buldozer və digər maşın-mexanizmlər vasitəsilə ərazi tullantılardan təmizlənib, torpaq-qazma işləri aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2467021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR