“Qalatasaray”ı Avropa çempionu edəcəm” - Mustafa Dənizli

“Qalatasaray”ı Avropa çempionu edəcəm” - Mustafa Dənizli
18:39 8 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

“Çətin olanı etmək daha çox zövq verir. Futbolçulara sonsuz inamım var”. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Mustafa Dənizli deyib.

 

“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsi çərivəsində bu gün Qazaxıstanın “Astana” klubunu qəbul edəcək. Bu görüşdə qazanılan 1 xal “cim-bom”un çıxışını Avropa Liqasında davam etdirməsinə imkan yaradacaq.

 

Vacib matça çıxacaqlarını deyən Dənizliyə jurnalistlər 23 il əvvəl verdiyi sözü xatırladıblar. 1992-ci ildə “Qalatasaray”dan ayrılan məşqçi bir gün geri dönərək, komandanı Avropa çempionu edəcəyini bildirib. 

 

Bununla bağlı fikirlərini bölüşən Dənizli sözünün üstündə durduğunu qeyd edib: “Məşqçiliyə başlayandan sonra arzum “Qalatasaray”ı Avropada çempion etmək olub. İnşallah, UEFA Avropa Liqası kubokunu bir daha qazanarıq. “Qalatasaray” mövsümü Avropasız keçirə bilməz, keçirməməlidi. Geriyə boylananda görürük ki, Avropada çox uzun yollarımız olub. Bu gün bu yolun başında olacağıq. Biz tempi yavaş-yavaş artıraraq, məqsədə çatmaq istəyən kollektivik. Oyunçularımın “artırması” üçün onlara hər cür imkan yaradacam. Mən və kollektivim bu cür çətin yola öyrəşmişik. Hər hansı bir sürprizə imkan verməyəcəyik”.

 

Heyətlə bağlı problemlərinin olduğunu vurğulayan Dənizli rəqib haqda müsbət fikirlər səsləndirib: “Səlçuk İnan və Hakan Baltanın zədələri var. Son yoxlanışdan sonra onların oynayıb-oynamaması ilə bağlı qərar veriləcək. “Astana” Çempionlar Liqasının hazırlığına cəmi 10 gün öncə başlayan, bəlkə də, ilk komandadı. Bu, klubun iddiasını göstərən məqamdı. Qazaxıstan futbolu son vaxtlar inkişafdadı. Odu ki, ciddiyəti qorumalıyıq.

Futbolda fərdi səhvlər həmişə olub. Əsas odu ki, mövqe səhvi, taktiki səhv etməyəsən.

Bizim üçün Avrokubok və Superliqa bir-birindən ayrılmır. Avropada çıxış etmək üçün gərək Türkiyədə uğurlu nəticə qazanasan. Hazırda bizim üçün Avrokubok önəmlidi. Çünki ölkə çempionatı uzun marafondu”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR