Bakıda Britaniyanın məşhur teatrlarının tamaşaları göstərilir

Bakıda Britaniyanın məşhur teatrlarının tamaşaları göstərilir
18:47 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Nizami Kino Mərkəzi bu gündən başlayaraq Britaniyanın Milli Teatr, Şekspir "Qlobus" teatrı, "Royal Şekspir" şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrların ən yeni və uğurlu tamaşalarını şəhər sakinlərinə təqdim edəcək. "Report" xəbər verir ki, layihə "British Council Azərbaycan", Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi ilə birgə təşkil olunub.  
Layihə ilə bağlı Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib. Mərkəzin direktoru Vüqar Zeynalov çıxışında bildirib ki, Bakıda maraqlı teatr nümayişinə start verilir: "Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır". 
"British Council Azərbaycan"ın direktoru Elizabet Uayt layihə çərçivəsində nümayiş olunacaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazananlardır: "Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradacaq".
Mətbuat konfransından sonra Benedikt Kamberbeçin rol aldığı Uilyam Şekspirin "Hamlet" tamaşası nümayiş olunub. Tamaşa rus dilində alt yazılarla təqdim olunub.
Qeyd edək ki, theatre HD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə U.Şekspirin "Koriolanus" pyesi olacaq. Tamaşanın nümayiş tarixi dekabrın 15-nə planlaşdırılıb. Layihə ümumilikdə gələn ilin iyun ayına kimi davam edəcək. 


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/bakida-britaniyanin-meshur-teatrlarinin-tamasalari-gosterilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR