Bilik Fondu "Gənc təsərrüfatçılar"a mühazirə təşkil etdi (FOTO)

Bilik Fondu "Gənc təsərrüfatçılar"a mühazirə təşkil etdi (FOTO)
18:53 8 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində AMEA Dendrologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, AMEA Dendrologiya İnstitutunun aparıcı elmi işçisi Zaman Rəşid oğlu Məmmədovun mühazirəsi təşkil edilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, "Fermer təsərrüfatlarında gübrələrin istifadə qaydaları" mövzusunda olan mühazirədə "Gənc təsərrüfatçılar məktəbi"nin müdavimləri iştirak ediblər.

Bilik Fondu qeyri-neft sektorunun inkişafına töhfə verməklə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi üçün orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə kömək göstərilməsi məqsədilə İsmayıllıda yaradılan “Gənc təsərrüfatçılar məktəbi”ndə mütəmadi olaraq mühazirələr təşkil edir.

Xatırladaq ki, “Gənc təsərrüfatçılar məktəbi”nin fəaliyyəti ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən əməkdaşlıq sazişi imzalanıb. Saziş heç bir tərəfin üzərinə maliyyə və ya digər maddi öhdəlik qoymamaqla, məktəbin fəaliyyətinin təşkilində göstərəcəkləri köməyi müəyyənləşdirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR