Lənkəranlılar Nardaran hadisələrini qətiyyətlə pisləyiblər

Lənkəranlılar Nardaran hadisələrini qətiyyətlə pisləyiblər
18:53 8 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 8-də Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən elmi-praktik konfransda dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyəti, rayonda mövcud olan dini durum və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb. Qeyd olunub ki, respublikamızda hökm sürən siyasi sabitlik, əmin-amanlıq, vətəndaş həmrəyliyi sosial-iqtisadi inkişaf üçün gözəl şərait yaradıb, Azərbaycanı sivil, tolerant bir ölkəyə çevirib. Lakin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması anti-Azərbaycan qüvvələrini narahat edir.
Bildirilib ki, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup ekstremistin din pərdəsi adı altında çirkin əməllərini həyata keçirmək, cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri alt-üst oldu. Onlara qarşı keçirilən əməliyyatda polis işçilərinin üzərinə qumbara atılıb, silahlardan atəş açılıb. Nəticədə iki polis işçisi qəhrəmancasına həlak olub, cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Həlak olan polis işçilərindən biri - İsmayıl Tağıyev lənkəranlıdır.
T.Qaraşov “Müsəlman birliyi” adlı ekstremist qrupun Lənkəranda ictimai-siyasi sabitliyin pozulması üçün göstərdiyi cəhdlərdən də danışıb, bu təxribatların qarşısının dövlət tərəfindən qətiyyətlə alındığını bildirib.
Elmi-praktik konfransda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov “Din-dövlət münasibətlərinin vəziyyəti, dini durumun sabitliyinin təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.
Müzakirələrdə Lənkəran Rayon Ağsaqqallar Şurası sədrinin müavini Sərhad Məmmədov, Milli Qəhrəman atası, təqaüdçü Hacı Ələkbər Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Qəni Axundzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölməsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və başqaları çıxış edərək, Nardaran hadisələrini qətiyyətlə pisləyiblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranlilar_Nardaran_hadiselerini_qetiyyetle_pisleyibler-909442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR