Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Peşə kurslarının sayı artırılmalıdır

Peşə kurslarının sayı artırılmalıdır

Date: 8 December 2015 18:58


Göyçay, 8 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Günün tələblərinə uyğun kadr hazırlığı daim diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə peşə kurslarının sayı artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Göyçay rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda keçirilən “dəyirmi masa”da bəhs olunub.
Rayonun 29 idarə, müəssisə və təşkilatından nümayəndələrin iştirakı ilə keçirilən toplantıda rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov çıxış edib. Tədbirdə məşğulluq və işsizlik məsələləri, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlər diqqətə çatdırılıb. Qeyd edilib ki, məşğulluq mərkəzi rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü hər zaman diqqət mərkəzində saxlayır.
Tədbirdə işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirilib, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verilib. Hər il rayonda təşkil edilən əmək yarmarkalarının əhəmiyyəti qeyd olunub.

Tags:  Peşə kurslarının sayı artırılmalıdır


RƏYLƏR


Top news