İndoneziya yenidən OPEC-in tamhüquqlu üzvü olub

İndoneziya yenidən OPEC-in tamhüquqlu üzvü olub
18:58 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC 
İndoneziya 7 ildən sonra yenidən Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) tamhüquqlu üzvü olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İndoneziya 2008-ci ildə çıxdığı OPEC-ə yenidən üzv qəbul edilib.
İndoneziyanın yerli xəbər portalı “Jakarta Globe”da yer alan xəbərə görə, İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Səid ölkəsinin yenidən OPEC-ə üzv olmasının neft ixrac edən digər ölkələrlə əlaqələr genişlənməsinə müsbət təsir edəcəyini deyib. OPEC-ə üzv ölkələrlə məlumat və təcrübə mübadiləsinin İndoneziyanın, o cümlədən də digər ölkələrin xeyrinə olacağını bildirən S.Səid deyib: “İndoneziyanın yenidən OPEC-ə üzv olmasının ölkə iqtisadiyyatına müsbət təsir edəcəyinə ümid edirəm”.
1960-ci ildə yaradılan OPEC-ə İndoneziya 1962-ci ildə ilk Asiya ölkəsi olaraq qəbul edilmişdi. 2008-ci ildə isə bu ölkədə neft və təbii qaz sahəsinə investisiyaların azalması nəticəsində neft hasilatı aşağı düşdüyü üçün İndoneziya OPEC-ə üzvlükdən çıxmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziya_yeniden_OPEC_in_tamhuquqlu_uzvu_olub-909445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR