Tacikistanda daha yeddi yeraltı təkan qeydə alınıb

Tacikistanda daha yeddi yeraltı təkan qeydə alınıb
19:13 8 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 8 dekabr, AZƏRTAC 
Tacikistanda dekabrın 7-də baş verən zəlzələdən sonra daha yeddi yeraltı təkan qeydə alınıb. Bu təkanlar nəticəsində iki nəfər həlak olub, 15 nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib.
Birinci zəlzələ Dağ Bədəxşan Muxtar Vilayətindəki Sarez gölünün 22 kilometrliyində baş verib. Məlumata görə, gölün bəndində kiçik çatlar meydana gəlib. Göldə yaranan son vəziyyəti qiymətləndirmək məqsədi ilə xüsusi işçi qrupu da yaradılıb.
Qeyd olunur ki, Baş nazirin müavini Azim İbrahimin rəhbərliyi ilə Hökumət Komissiyası yaradılıb. Kommisiya zəlzələdən zərər çəkənləri müvəqqəti yaşayış sahəsi, isti paltar, ərzaq və dərmanlarla təmin edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistanda_daha_yeddi_yeralti_tekan_qeyde_alinib-909455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR