Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üç uşaq anası xəstəxanada öldü

Üç uşaq anası xəstəxanada öldü

Date: 8 December 2015 19:22

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunan qadın dünyasını dəyişib
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Goranboy rayon sakini, 32 yaşlı Xeyrənisə Ələkbərova xəstəxananın Cərrahiyyə şöbəsində bu gün öd kisəsindən əməliyyat olunub.

Xeyrənisə Ələkbərova əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və qəfildən halı dəyişən qadına tibbi yardım göstərilməsinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, qadın üç uşaq anasıdır və onun həyat yoldaşı Qurban Ələkbərov ötən il xəstəlikdən dünyasını dəyişib.

Milli.Az


Tags:  uşaq anası xəstəxanada öldü

RƏYLƏR


Top news