Serb müğənni "Sarı gəlin" mahnısını Azərbaycan dilində ifa edib

Serb müğənni "Sarı gəlin" mahnısını Azərbaycan dilində ifa edib
19:22 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiyalı fotoqraf İlmarın Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan "Belqrad simaları" adlı sərgisinin açılış mərasimində Azərbaycanın milli mahnısı olan "Sarı gəlin" səsləndirilib.
"Report" Serbiya KİV-inə istinadən xəbər verir ki, "Sari gəlin"i NIT qrupunun xanım müğənnisi İvana Muncu Azərbaycan dilində oxuyub.
Açılış mərasimində "Sarı gəlin"lə yanaşı, serb və rus dillərində xalq mahnıları ifa olunub.
Qeyd edək ki, sərgidə müxtəlif yaş, peşə və millətlərin nümayəndələrinin şəkilləri nümayiş olunub. Bununla Belqrad ahəngdarlığının harmonik mozaikası yaradılıb. Serbiya paytaxtında yaşayan azərbaycanlı Nərgiz Məmmədovanın da iştirak etdiyi sərgidə, həmvətənimiz tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verib və serb oxuculara Azərbaycan milli mətbəxi haqqında kitab təqdim edib.




Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/serb-mugenni-sari-gelin-mahnisi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR