Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lerikin Ambu kəndində yeni məktəb binası istifadəyə verilib

Lerikin Ambu kəndində yeni məktəb binası istifadəyə verilib

Date: 8 December 2015 19:23


Lerik, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq dekabrın 8-də Lerik rayonunun Ambu kəndində inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə məktəbin həyətində keçirilən açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev kənd sakinlərini, müəllim və şagirdləri əlamətdar hadisə münasibətilə təbrik edib.
Bildirilib ki, Dövlət Proqramı çərçivəsində son 10 ildə Lerikdə 49 yeni məktəb inşa olunub. Azərbaycan dövlətinin gücünün bariz nümunəsidir ki, çətin relyefə malik Lerikin ən ucqar dağ kəndində bu gün belə gözəl, əzəmətli bina tikilib istifadəyə verilir. Yeni məktəblərin hər birində gənclərin sağlam və vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün idman zalları və hərbi kabinetlər müasir standartlar səviyyəsində qurulur.
Mərasimdə Ambu kənd tam orta məktəbin direktoru Tofiq Səfərov, Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, təhsil işçiləri və kənd sakinləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yeni təhsil ocağının açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.


Tags:  Lerikin Ambu kəndində yeni məktəb binası istifadəyə verilib


RƏYLƏR


Top news