Rusiya kanalı Azərbaycan ərazisini təhrif etdi

Rusiya kanalı Azərbaycan ərazisini təhrif etdi
19:26 8 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Rəhbəri erməni olan Rusiya telekanalında Azərbaycan ərazisi təhrif olundu.

ANS TV-nin məlumatına görə, hadisə Rusiyanın "LifeNews" telekanalında baş verib. Belə ki, verlişin aparıcısı ilk öncə Türkiyə -Rusiya münasibətlərindən danışıb. Daha sonra Türkiyənin qaz problemini necə həll etməsi məsələsinə keçid alıb. Burada diqqət çəkən məqam Azərbaycanın ərazi bütövlüyünün təhrif olunmasıdır.

Azərbaycan xəritəsinə diqqət yetirəndə Ermənistan tərəfinin işğal etdiyi Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi təqdim edilmədiyi müşahidə olunur.



Verlişin yayımlandığı an

Qeyd edək ki, verliş 3 gün öncə yayımlanıb.

Məsələ ilə bağlı dəfələrlə "LifeNews" kanalının rəhbərliyi ilə əlaqə saxlanılsada, edilən cəhdlər
uğurlu alınmayıb. Lakin məsələnin araşdırılması üçün kanalın rəsmi inetrnet səhifəsinə etiraz məktubu göndərilib. Məktub isə hələ ki, cavabsız qalıb. Amma Rəsmi Bakı məsələnin cavabsız qalmasını gözləməyəcək. Artıq bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilk addımları atıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, bu barədə xəbrləri var və Rusadakı Azərbaycan səfirliyi aidiyyatı qrumlara öz münasibətini bildirəcək. Belə bir təxribat adı çəkilən kanaldan əvvələr də olub və bu kanalın qeyr- peşəkar fəaliyyət göstərməsinin bir nümunəsidir.

Verlişin yayımlandığı kanalın sahibi erməni Aram Qabrelyanovdur. Lakin bu heç nəyi dəyişmir. Çünki Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyün tanıdığını bəyan edib. Deməli, kanalda Rusiyanın qanunlarına uyğun fəaliyyətini göstərməlidir.


Kanalı rəhbəri erməni Aram Qabrelyanov


Azərbaycanın xəritəsi



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR