Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin edib

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin edib

Date: 8 December 2015 19:29

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Azərbaycanda  fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilib, illik əməkdaşlıq planına əsasən müdafiə nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlər, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlər və təlimlər qeyd olunub.

 

Səfir V. Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu Z. Həsənova təqdim edib.


Tags:  Rusiya Azərbaycana yeni hərbi attaşe təyin edib

RƏYLƏR


Top news