Elizaveta Vayt: Bundan sonra azərbaycanlı teatrsevərlər dünya sənət ocaqlarının ən uğurlu tamaşalarını izləyə biləcəklər

Elizaveta Vayt: Bundan sonra azərbaycanlı teatrsevərlər dünya sənət ocaqlarının ən uğurlu tamaşalarını izləyə biləcəklər
19:43 8 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəyə start veririk. Ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 8-də jurnalistlərə müsahibəsində “British Council Azərbaycan” təşkilatının direktoru Elizabet Vayt bildirib. Təşkilatın direktoru qeyd edib ki, bundan sonra azərbaycanlı teatrsevərlər Britaniya Milli Teatrı, Şekspirin “Qlobus” teatrı və başqa dünya səviyyəli sənət ocaqlarının ən yeni və ən uğurlu tamaşalarını izləyə biləcəklər.
Hər ay Nizami Kino Mərkəzində iki tamaşanın təqdim olunacağını qeyd edən E.Vayt Britaniyanın və dünyanın ən yaxşı teatr tamaşalarının teatrsevərlər tərəfindən bəyəniləcəyinə əminliyini ifadə edib.
Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi, Böyük Britanıyanın Bakıdakı səfirliyi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq tamaşalar “British Council Azərbaycan” təşkilatının “TheatreHD” layihəsi çərçivəsində reallaşacaq.
Səhnə əsərlərində əsas rolları görkəmli dünya ulduzları - Benedikt Kamberbetç, Tom Hiddlston, Reyf Fayns, Helen Mirren, Stiven Fray, Mark Stronq, Kristofer Plammer, Yonas Kaufman, Cillian Anderson, Anna Netrebko, İldar Abdrazakov, Svetlana Zaxarova, Vladislav Lantratov və başqaları ifa edirlər. Tamaşalar subtitrlərlə izləyicilərə təqdim olunacaq.
Sonra Nizami Kino Mərkəzində teatrsevərlərə görkəmli kino aktyoru Benedikt Kamberbeçin rol aldığı U.Şeksprin “Hamlet” tamaşası təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində dekabrın 15-də mərkəzdə Tom Hidlestonun iştirak etdiyi "Koriolanus" tamaşası nümayiş ediləcək.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elizaveta_Vayt_Bundan_sonra_azerbaycanli_teatrseverler_dunya_senet_ocaqlarinin_en_ugurlu_tamasalarini_izleye_bilecekler-909464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR